Maraqlı

Bekhem UEFA prezidenti mükafatına layiq görüldü

21 Avqust 2018 19:39
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə millisinin və "Mançester Yunayted" klubunun sabiq kapitanı Devid Bekhem UEFA prezidenti mükafatına layiq görülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, UEFA prezidenti Aleksander Çeferin bu barədə məlumat verib.

"Devid öz dövrünün əsl futbol ikonasıdır"-deyə, o, əlavə edib.

UEFA prezidenti mükafatı ilə təltif edilməsinin onun üçün böyük şərəf olduğunu deyən 43 yaşlı D.Bekhem isə bildirib ki, həmişə komanda ruhunun inkişafına və təbliğinə çalışıb:

"Bu mükafata layiq görülən insanların sırasına daxil olmaqdan qürur duyuram".

Qeyd edək ki, D.Bekhem futbol karyerasını 2013-ci ildə başa vurub.

İngiltərə millisinin heyətində 115 oyunda 17 dəfə fərqlənən futbolçu "Mançester Yunayted", "Real Madrid", "Los-Anceles Qalaksi", "Milan" və PSJ klublarının şərəfini qoruyub.

Onu da qeyd edək ki, UEFA prezidentinin mükafatı 1998-ci ildən etibarən təqdim olunur.

Mükafatın ilk sahibi Avropa Komissiyasının sədri Jak Delor olub. J.Delor 1999-cu, 2015-ci və 2016-ci illərdə də bu təltifə layiq görülüb.

UEFA Prezidenti keçən il bu mükafatı "Roma" klubunun sabiq futbolçusu Françesko Tottiyə təqdim etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.