Maraqlı

Süni intellekt əsasında səsin tanınması sistemi istifadəyə veriləcək

22 Avqust 2018 05:30
0 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Alibaba" internet şirkəti süni intellekt texnologiyalarına əsaslanan səsin tanınması sisteminin sınaqlarına başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni xidmət qadağan edilmiş kontenti (həmçinin pornoqrafik xarakterli) izləmək və müəyyənləşdirmək qabiliyyətinə malikdir. Sistem səsli mesajı skriptə çevirir və sonuncu açar sözlərlə müqayisə olunur.

Tərtibatçının sözlərinə görə, sistem həm online, həm də offline rejimdə işləyir.

Yeni xidmətin sentyabrda istifadəyə verilməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.