Maraqlı

ABŞ Avropa müttəfiqlərindən İrana təzyiqləri artırmasını istəyir

21 Avqust 2018 23:35
1 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranla beynəlxalq nüvə sazişinin "pis razılaşma" olduğunu deyib. O bildirib ki, Birləşmiş Ştatlar İrana təzyiqlərin artırılması üçün Avropa müttəfiqlərinə təsir göstərməyə çalışır.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki,Con Bolton bu açıqlamaları İsrailə səfəri zamanı Qüdsdə verib. ABŞ rəsmisi İsrailin baş naziri Benyamin Netanyahu ilə ikinici gündür görüş keçirir.

Bolton bildirib ki, İranın nüvə silahları əldə etməsinin qarsını almaq "ən böyük prioritetdir" və prezident Trampın 2015-ci ildə dünya qüdrətləri ilə İran arasında imzalanmış sazişdən çıxmaq qərarının əsas səbəbi də bununla bağlıdır.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı, 20 avqust, 2018.

Birləşmiş Ştatlar Tehranla İranın nüvə proqramını məhdudlaşdırılması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan razılığı Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə birlikdə imzalamışdı.

Razılıq İranın nüvə silahı proqramı üzərində işlədiyi haqda iddiaya cavab olaraq əldə edilmişdi. İran bu iddiaları rədd edirdi.

İsrailin baş naziri Benyamin Netanyahu da ABŞ prezidenti Donald Tramp kimi İranla nüvə razılaşmasını kəskin tənqid edirdi. Netanyahu bazar ertəsi günü bildirib ki, sülhə və təhlükəsizliyə inanan bütün ölkələr Birləşmiş Ştatların ardınca getməlidir və İrana təzyiqləri artırmalıdır.

Bolton İsrailə səfərə çıxmazdan əvvəl ABC tele-kanalına müsahibəsində bildirib ki, ABŞ, İsrail və Rusiya eyni məqsədi bölüşür, bu da İranın hərbi qüvvələrinin Suriya və İraqdan çıxarılmasıdır. O həmçinin deyib ki, İran Livanda Hizbullaha dəstəyinə son qoymalıdır.

Bolton bu həftə həmçinin Ukraynaya səfər edəcək. O bundan sonra prezident Donald Trampın Helsinkidə Vladimir Putinlə danışıqlarının davamı olaraq Cenevrədə Rusiya rəsmiləri ilə görüşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.