Maraqlı

"Ruhlardan uşaqlarımı qorumalıyam" dedi, ərini döyüb öldürdü - FOTO

20 Avqust 2018 13:30
0 Şərh     Baxış: 3 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın tanınmış modellərindən olan 40 yaşlı Rakel Hatçinson və onun 39 yaşlı sabiq məşuqu Pol Uilsinson qətldə suçlanaraq həbs ediliblər.

Milli.Az The Mirror-a istinadən bildirir ki, sabiq bikini modeli məşuqu ilə əlbir olaraq ərini öldürüb.

"Ərim ruhlarda danışırdı, insanların bədənlərindən cin çıxarmaqla məşğul olduğunu deyirdi. Uşaqlarımı ondan qorumaq üçün belə etdim. Çünki ərim uşaqlarıma qarşı zorakılıq edirdi", - R.Hatçinson deyib.

R.Şatçinson məşuqu ilə əlbir olub, ərini Sidneyin kənarındakı evinə çağırıb.

Hatçinson burada ərini pilləkəndən itələyərək çıxıb, kim təmizləmək üçün nəzərdə tutulmuş məhlulu onun üzünə püskürdüb, "Etiraf et, ya da səni öldürəcəyəm!" bağırıb.

Daha sonra 41 yaşlı kişi döyülüb, əl-qolu bağlı, qan içində maşının yük yerinə atılıb. Onun cəsədi Avstraliyanın Yeni Cənubi Uels əyalətində, yol kənarındakı kolluqda tapılıb.

Polisdən verilən məlumata görə, mərhum qətlə yetirilməzdən əvvəl uzun müddət, amansızcasına döyülüb.

"Ərim psixi baxımdan yetkin insan deyildi. O, ruhlara qarşı mübarizə apardığını deyirdi. Psixiatrik klinikalarda və həbsxanalarda "ruh ovu"na çıxırdı. Üstəlik, sabiq arvadını da qətlə yetirmişdi", - R.Hatçinson polisdə ifadə verərkən söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.