Maraqlı

Qayınatasını yaraladı, qayınanasını güllələdi, intihar etdi

20 Avqust 2018 13:42
1 Şərh     Baxış: 3 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın paytaxtı Moskvannın şərqində, Xabarovsk küçəsindəki binalardan birində qanlı cinayət törədilib.

Milli.Az Life-a istinadən bildirir ki, srağagün axşam saatlarında arvadı ilə dalaşan ər onu döyüb. Qadın atası evinə yollanıb. Səhər saatlarında isə o, atası və anası ilə qayıdaraq "Əşyalarımı götürməliyəm" deyib.

Ər çılğına dönüb. O, tapançanı götürərək, qayınatasına və qayınanasına atəş açıb. Onun arvadı isə qaçaraq canını qurtara bilib. 

Qayınana ağır yaralardan keçinib, qayınata isə xəstəxanaya aparılıb.

Arvadı ilə dalaşan ər axırda tapançanın lüləsini gicgahına dayayaraq özünə də atəş açıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.