Maraqlı

NASA günəş sisteminin sərhədini göstərdi

21 Avqust 2018 22:45
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA kosmos vasitəsi Yeni Üfüqlərin (New Horizons) Günəş Sisteminin sərhədini görüntülədiyini açıqladı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Science News-da nəşr olunan xəbərə görə, Yeni Üfüqlərin üzərində olan kosmos cisimlərinin atmosferini araşdıran teleskop Elis tərəfindən, günəş sisteminin sahilindən gəldiyi düşünülən bir parıltı müəyyən etdi. Yeni Üfüqlərin NASA tərəfindən icra edilən bir insansız kosmos uçuşu vəzifəsidir. Kiçik planet Pluton və peyklərinə uçuş edəcək ilk kosmos vasitəsidir və 2006-cı ildə müvəffəqiyyətlə atılmışdır.

Cənub-Qərb Araşdırma İnstitutundan elm insanı və Yeni Üfüqlərin kosmos vasitəsi qrupundan Lesli Yanq şərh verərək, Elis tərəfindən əldə edilən görüntülərdə günəş sistemini qalaktikadan ayıran sərhəddən gəldiyi düşünülən bir parıltının görülə bildiyini ifadə etdilər. Aparılan araşdırmanın nəticələri isə Geophysical Research Letters jurnalında dərc edildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.