Maraqlı

NASA günəşin səsini paylaşdı

21 Avqust 2018 20:45
1 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günəşin çıxardığı səs dalğaları Avropa Kosmos Agentliyi və NASA-nın Günəş və Heliosforik Rəsədxana SOHO tərəfindən qeyd edildi. Göndərilən səs dalğaları və görünüşlər, Stenford Təcrübi Fizika Laboratoriyasında araşdırmaçılar tərəfindən filtrlənib, sürətləndirilir və ən sonda izlənilə bilən hala gətirilir. ABŞ Merilenddəki Qoddard Kosmos Uçuş Mərkəzində iştirak edən Heliofiziks Elmi hissəsindən məsul direktor köməkçisi Aleks Yanq dedi: "Günəşin içinə baxmağın sadə yollarına sahib deyilik.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Günəşin içinə daha yaxından baxmaq üçün mikroskopumuz yoxdur. Onun yerinə bir ulduz ya da günəşin titrəşməsi onların içini görməmizi təmin edə bilir". Aleks Yanq bundan əlavə belə danışdı: "Bu titrəşmələr, elm insanlarının günəşin içindəki partlamaları və koronal kütlə atımları kimi bir silsilə kompleks hərəkətin araşdırılmasına imkan verir. İçərisində gəzən nəhəng günəş enerjisi çaylarını görə bilirik. Sonunda Günəşin laylarını və kompleksliyini daha yaxşı anlamağa başlayırıq. Bu sadə səs bizə bir ulduzun içindən bir məlumat verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.