Maraqlı

Kişi və qadınlar hansı yaşda qarşı tərəf üçün daha cazibərdardır?

18 Avqust 2018 08:50
15 Şərh     Baxış: 7 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Miçiqan Universitetinin Sosiologiya Departamentinin nümayəndələri, kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu öyrənmək məqsədi ilə tədqiqat aparıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, tədqiqatda 200 min nəfər iştirak edib.

Sosioloqlar, eksperiment iştirakçılarının sosial şəbəkələrdə tanımadıqları şəxslərdən aldıqları mesajların sayını araşdırıblar.

Tədqiqatçıların sonda gəldiyi qənaətə görə, hər iki cinsin nümayəndələri özlərindən daha cazibədar insanlara reaksiya vermyə meyillidirlər.

Həmçinin məlum olub ki, qadınlar üçün potensial tərəfdaşın intellekti və təhsili vacibdir. Kişilər bu göstəriciyə biganədirlər və təhsilli qadınlar onları daha çox ehtiyatlandırır.

Elm adamlarının qənaətincə, kişilər 50 yaşa, qadınlar isə 18 yaşa qədər olan əks cinsin nümayəndəsində populyarlığın zirvəsinə çatır, sonra bu amil azalmağa doğru gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.