Maraqlı

Ronaldu şam yeməyində stula çıxıb mahnı oxudu - VİDEO

18 Avqust 2018 07:43
0 Şərh     Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu komandanın şam yeməyi zamanı ənənəvi olaraq təşkil olunan "klub futbolçularına ithaf" prosedurundan keçib.

Milli.Az "Report"a istinadən bildirir ki, komanda ilə 4 illik müqavilə imzalamış 33 yaşlı futbolçu stulun üzərinə çıxaraq mahnı oxuyub.

Əksər klublarda yerinə yetirilən bu adəti kluba yeni transfer olunmuş Emre Can, Joau Kanselu və Leonardo Bonuççi də icra edib.

Portuqaliyalı futbolçu yay transfer pəncərəsində "Real"dan "Yuventus"a 112 milyon avroya transfer olunub. Onun komandada illik maaşı 30 milyon avro təşkil edəcək.

Ronaldunun İtaliya çempionatının birinci turunda "Kyevo"ya qarşı keçiriləcək səfər matçında debüt edəcəyi gözlənilir. Matç avqustun 18-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.