Maraqlı

"Gartner": İnformasiya təhlükəsizliyi sahəsində xərclər 110 milyard dolları ötəcək

17 Avqust 2018 23:36
0 Şərh     Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gartner" analitik şirkəti yaxın illərdə informasiya təhlükəsizliyinin təmini üçün qlobal məhsul və xidmətlər bazarı üzrə proqnoz verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, analitik şirkətin qiymətləndirməsinə görə, ötən il bu sahədə ümumi xərclər 101,5 milyard dollar səviyyəsində olub. Ekspertlərin fikrincə, cari il qlobal bazarın həcmi 114,2 milyard dollara yaxınlaşacaq. Beləliklə, illik hesablama üzrə artım 12,4 faiz təşkil edəcək.

"Gartner"in analitikləri hesab edirlər ki, gələn il informasiya təhlükəsizliyi sahəsində genişlənmə davam edəcək, lakin artım tempi bir qədər azalacaq. Hesabata görə, yaxın illərdə informasiya təhlükəsizliyi sahəsində ümumi xərclərin təxminən 50 faizi müxtəlif xidmətlərin payına düşəcək. Bu xidmətlər cari ildə 58,9 milyard dollar, 2019-cu ildə isə 64,2 milyard dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.