Maraqlı

Alimlər sübut etdilər: kişilər qadınlardan daha ağıllıdır

17 Avqust 2018 22:20
6 Şərh     Baxış: 3 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton Universitetinin alimləri qrafik informasiyaya reaksiya sürətini öyrənmək üçün unikal eksperiment keçiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Cell" jurnalı yazıb.

Məlumata görə, kişilər və qadınlarda görmə orqanları vasitəsilə alınmış məlumatların emalı təxminən eyni səviyyədə olsa da, məhz kişilər alınmış məlumatlar əsasında daha düzgün və rasional qərarlar qəbul edirlər. 

Ümumilikdə, alimlərin hesablamalarına görə, qadınların beyni informasiyanı xüsusiyyətlərdən asılı olaraq, 25-75% zəif emal edir və zəif cinsin koqnitiv imkanlarını dəyərləndirməyə imkan verən yoxlama suallarını heç də həmişə düzgün cavablandırmır.

Bununla yanaşı, kişilər arasında daha iti ağıla malik olanlar sağlamlar deyil, psixiki inkişafı pozulanlardır. Alimlər hesab edirlər ki, belə insanlarda serebral proseslər neyron aktivliyinin tənzimlənməsinin azalması ilə müşayiət olunur və nəticədə informasiyaya reaksiya müddəti qat-qat azalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.