Maraqlı

Varlıların yeni dəbi

17 Avqust 2018 23:07
3 Şərh     Baxış: 2 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb ölkələrində yaşayan varlılar arasında yeni trend dəbə düşüb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, orqanizm dondurma əməliyyatı varlıların yeni dəbidir. Orqanizmin mənfi 196 dərəcəd mühafizə edilib dondurulduğu proses ölümə qalib gəlməyin yeni bir yolu kimi görünür. Gələcəkdə də yaşamaq ümidi ilə 150 min dollar 200 il müddətinə beyinlərini və orqanizmin digər hissələrini donduran iş adamları və varlılar 200 il sonra oyanaraq yenidən yaşayacaqlarına inanırlar.

Bu xidmət iki ABŞ şirkəti tərəfindən təqdim edilir. Arizonada Alkor və Miçiqandakı "Cryonics" institutları tərəfindən həyata keçirilir. Təkcə Alkor institutuna bu xidmət üçün 1000 nəfər müraciət edib və ödəniş edib. Xidmətdən yararlanan bir ingilis iş adamı deyib:

"Daha həyəcanlı heç nə düşünə bilmirəm. 200 və ya 2000 il sonra yenidən oyanıb yeni bir həyat yaşaya biləcəyimi düşünürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.