Maraqlı

Haydı, boşan arvadından, məni al - Facebook-da canlı yayımda atəş açdı - VİDEO - FOTO

17 Avqust 2018 13:20
7 Şərh     Baxış: 9 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşuquna tapança tuşlayaraq ondan arvadını boşamasını tələb edən qadın həbs olunub.

Milli.Az Tuscaloosa News-a istinadən bildirir ki, 38 yaşlı Keyna Kammon qətlə cəhddə suçlanır.

K.Kammon 2 ildən bəri görüşdüyü kişidən tələb edib ki, arvadını dərhal boşasın və onunla evlənsin.

ABŞ-ın Alabama ştatındakı Tuskalusa şəhərində yaşayan Keyna dünən səhər yerli vaxtla saat 10.30-da Facebook Messenger vasitəsilə məşuquna görüntülü zəng edib.

O, ərindən boşandığını deyib, məşuqundan da eyni addım atmasını istəyib.

"Bax, sənə görə ərimdən boşandım. Evlənəcəyimizi vəd etmişdin. Məni aldadırsan, elə hey vəd edirsən! Günü bu gün arvadını boşayırsan! Səbr kasam artıq daşıb. Bax, əlimdəki tapançanı görürsən, lənətə gəlmiş?! Boşanmasan, başına güllə çaxacağam!" - deyən Keyna canlı yayımda atəş açıb.

30 yaşlı məşuq qorxuya düşüb, dərhal polisə zəng vurub.

Kişinin arvadı təsadüfən söhbətin şahidi olub. Həmin qadını translyasiyada görəndə Keyna daha da sinirlənib, "Səni də öldürəcəyəm!" deyib.

"Yardım edin! Bu dəli qadın ərimi öldürmək istəyir! O Tuskalusada yaşayır! Bu qadını tanıyan varmı?!" - qadın Facebook-dakı profilində yazıb.

Keyna Kemmon isə məşuqunun evinə yollanıb. O, məşuqu evin qapısını açan kimi tapançanı çıxararaq atəş açıb.

30 yaşlı kişi başından güllə yarası alıb. O, DSH hospitalına aparılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Facebook-da canlı yayımda atəş açdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.