Maraqlı

Bu şəhərdə küçədə oturmaq və spritli içki qəbul etmək QADAĞAN EDİLDİ

17 Avqust 2018 22:30
0 Şərh     Baxış: 2 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Besançon şəhərində küçədə oturmaq və spritli içki qəbul etmək qadağan olunub.

Milli.Az xəbər verir ki, ölkənin şərqində yerləşən Besançon şəhərinin bələdiyyəsi dilənçilik fəaliyyətinin qarşısını almaq məqsədilə bu qərarı qəbul edib.

Bələdiyyə sədri Jean-Luiz Fousseret şəhərin böyük qismində tətbiq ediləcək oturma, uzanma, spirtli içki qəbulunu və toplaşmağı qadağan edən bələdiyyə məclisi qərarını təsdiq edib.

İlk mərhələdə 30 sentyabra qədər tətbiq ediləcək qərar bazar günü xaric olmaqla həftəiçi hər gün 10:00-20:00 saatlarında keçərli olacaq. Gərək olarsa, qadağa yenidən uzadılacaq.

Qanunu pozan vətəndaş 38 avro cərimə ödəməli olacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.