Maraqlı

Dünyanın ən çox qazanan aktrisaları - REYTİNQ

16 Avqust 2018 23:31
1 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktrisa Skarlett Yohansson 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib və "Forbes" jurnalının versiyasına görə, ən yüksək maaşlı aktrisa olub.

Milli.Az "Report"a istinadən bildirir ki, Yohansson üçün əsas gəlir mənbəyi rolunu "Qisasçılar" silsiləsindən olan "Qara dul qadın" filmində oynadığı rus casusu rolu oynayıb. Bu iş onun gəlirini 4 dəfə artırıb.

Siyahıda ikinci yeri həmçinin "Malefisenta 2" ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub. "Dostlar" teleserialının ulduzu Cennifer Eniston ötən il ilə müqayisədə bir pillə geriləyib və 19,5 milyon dollar ilə üçüncü mövqedə qərarlaşıb. Beşliyi Cennifer Lourens və Riz Uizerspun qapayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.