Maraqlı

Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim olunub

17 Avqust 2018 06:30
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lüksemburq Universitetinin alimləri tərəfindən yaradılmış "LuxAI" startapı "QTrobot" adlı robot təqdim edib. Bu, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqların müalicəsi məqsədilə hazırlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, autizmdən əziyyət çəkən insanlarda erkən yaşlardan sosial qarşılıqlı əlaqələrdə problemlər müşahidə edilir: əksər hallarda belə insanlar qapalı olur, çətinliklə yeni münasibətlər qurur və ünsiyyət saxlayırlar.

"LuxAI" startapının yaradıcıları belə hesab edir ki, ünsiyyət zamanı mütəxəssislərlə birgə robot-vasitəçidən istifadə edilməsi uşaqlara təlim və ünsiyyət zamanı psixoloji narahatçılıqdan xilas olmaqda kömək edə bilər. "QTrobot" söz, jest və üz ifadələrinin köməyilə ünsiyyət yaradır. Məsələn, robotun köməyilə uşağa emosiyaları tanımağı, ünsiyyət qurmağı və sadə tapşırıqları səmərəli yerinə yetirməyi öyrətmək mümkündür.

Həmin robot uzun müddətdir təqdim edilib, indi araşdırma vasitəsilə onun səmərəliliyi yoxlanılıb. Lüksemburq Universitetinin alimləri autizmdən əziyyət çəkən 4-14 yaş aralığında 15 uşağın robot və həkimlə olan terapiya seansını müqayisə ediblər və məlum olub ki, uşaqlar robota daha çox diqqət yetirir: onlar robota orta hesabla iki dəfə daha çox baxıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.