Maraqlı

Hollivud ulduzundan keçmiş arvadına ittiham: "Yataq otağını murdarladı"

17 Avqust 2018 07:35
0 Şərh     Baxış: 2 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivudun qalmaqallı cütlüyü Conni Depp və Ember Hörd ilə bağlı maraqlı iddia ortaya atılıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, boşanma sənədlərindəki ifadələrə əsasən, Depp mübahisədən sonra arvadının ondan intiqam almaq üçün seçdiyi üsuldan danışıb.

Sənədlərə əsasən, Conni Emberi şok bir hərəkətlə ittiham edir. 2015-ci ildə Emberin ad gününə gecikən Depp bu səbəbdən arvadı ilə mübahisə etdiyini, çoxlu spirtli içki qəbul edən Hördün özünü itirdiyini bildirib.

Mübahisədən bir müddət sonra Conni yatmaq üçün otağa keçib və bu zaman gözlərinə inanmayıb. Məşhur ulduzun iddiasına görə çarpayıda nəcis olub. Hördün ondan intiqam almaq üçün belə bir üsula əl atdığını bildirən Depp əlində sübut olduğunu da deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.