Maraqlı

Telefondakı proqramla hamiləlikdən qorunmaq mümkün olacaq

16 Avqust 2018 21:35
2 Şərh     Baxış: 1 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FDA  İsveç telefon əlavəsi olan Natural Cycles adlı doğum kontrol proqramının istifadəsinə rəsmən icazə verdi.
Milli.Az medicina.az-a istinadən bildirir ki, proqram artıq ABŞ və İngiltərədə qəbul olunub.

Belə ki, əlavəni smartfonuna yükləyən istifadəçi xüsusi  hərarətölçən əldə edir. Proqramın əsasında bədənin hərarəti və menstruasiya dövrünü qeydə alan alqoritm durur. Proqram qadına hansı günlərdə hamiləliyin baş vermə ehtimalı olduğunu bildirir. Qadınlar buna əsasən həmin günlərdə intim əlaqədən uzaq dura bilər.

Proqramı İsveçin bir neçə fiziki 2013-cü ildə hazırlayıb.

Rəqəmsal kontraseptivdən istifadə edən 15.000 qadının 30-da səhv günlərin göstərildiyi məlum olub.
Alqoritm bəzən səhv edə bilər, amma ümumilikdə çox effektivdir. Bu proqram qadınları lazım olmayan günlərdə dərman kontraseptivlər qəbul etməkdən xilas edəcək.

Lakin qadınlar bilməlidir ki, istənilən kontraseptiv ideal deyil, hətta ən dəqiq proqramla belə arzuolunmaz hamiləlik baş verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.