Maraqlı

Alimlər Kainatda qalaktik səhra kəşf etdilər

17 Avqust 2018 03:30
1 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astrofiziklər qədim qalaktikaları müşahidə edərək Balıq bürcündə kosmik səhra kəşf ediblər.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, heç bir ulduzun olmadığı səhranın diametri 500 milyon işıq ilidir.

"Kainatda belə zonanın olması ilk qalaktikaların yaranması və şəffaf olması barədə fikirləri dəyişir. Əgər bizim müşahidələr özünü doğrultsa, dünyanın yaranması barədə də teoriyaya dəyişiklik ola bilər", - deyə Stiven Furlanetto deyib.

Alimlər fikrinə görə, materiya Kainatda düz yox, nəhəng tor şəklində yayılıb. Bu boşluqlar və yığılmalar Böyük Partlayış nəticəsində yaranıb. Bu torun formalaşmasını izah edən kosmoloji teoriya müasir qalaktikaların ölçüləri və vəziyyəti barədə kifayət qədər yaxşı məlumat verir. Amma bu yaxınlarda alimlər ciddi kəşflərə imza atıblar. Məsələn, Qalaktikamızın yanında qeyri-adi struktur kəşf edilib və burada materiya yoxdur. Bundan başqa məlum olub ki, Süd Yolu Qalaktikası boşluq zonasının daxilində yaranır. Bu zona isə Kainatın digər hissələrinə nisbətən daha sürətlə genişlənir.

Furlanetto və həmkarları "Subaru" teleskopu ilə qədim qalaktikaları müşahidə edəndə Yerdən 12 milyard işıq ili uzaqda yerləşən anomaliya kəşf ediblər. Bu, kosmik səhradır və onun daxilində heç bir ulduz yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.