Maraqlı

Yolu keçən qara kabusu lentə aldılar - FOTO

17 Avqust 2018 07:14
2 Şərh     Baxış: 4 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filippində qəribə hadisə baş verib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, küçədə yolu keçən qara kabus və ya insan ruhu kameraya düşüb.

Hadisə Panqasinan vilayətində baş verib. Küçədə qurulan müşahidə kamerası qəribə insan fiqurunun küçəni keçməsini lentə alıb. Bu fiqur qara tüstüyə bənzəyir. Kabus səkidə peyda olur və dayanmadan küçəni keçir. Ruh küçəni keçəndə sürətlə ona avtomobil, yük maşın və motosiklet yaxınlaşır. Kabus dayanmır və nəqliyyat vasitələri onun üstündən keçir. Görünən odur ki, sürücülər də ruhu görməyiblər və sürətlərini azaltmayıblar.

Siluet zəif sezilir və onun geyimdə olub-olmadığı bilinmir. Görünən sadəcə hərəkət edən ayaqlardır.

Hadisədən 13 saat sonra eyni fiquru meyvə dükanı yanında görənlər olub. Yerli sakinlər qorxuya düşüblər və qeyd edirlər ki, bu, ərazidə öldürülmüş insanın ruhudur və qisas almağa gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.