Maraqlı

Bu sızanaqları sıxmayın - İflicə səbəb olur

16 Avqust 2018 12:20
2 Şərh     Baxış: 2 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üzününüz göstərilən hissəsində yaranan sızanaqlara toxunmadan öncə bir daha fikirləşməyiniz tövsiyyə olunur.

Milli.Az metbuat.az-a istinadən bildirir ki, dermatoloqlar burun, ağız və gözlər arasındakı yerə "ölüm üçbucağı" adını veririr. Bu hissədə çıxan sızanağı sıxmaq korluq, meningit, hətta iflicə belə səbəb olur. Həkimlər sızanağı sıxdığına görə ölümlə nəticələnən hallarla belə qarşılaşdıqlarını vurğulayırlar.

Nyu-Yorkun Langone Tibb Mərkəzinin dermatoloqu Jeremy Brauer bildirir ki, sızanaqları sıxdığınız zaman əl və havada olan bakteriyalar açıq yaraya daxil olur, bu da ciddi infeksiyalara səbəb ola bilir. Bu da birbaşa beyinlə əlaqədar olduğundan bəzi hallarda ölümə nəticələnən faciələrə gətirib çıxarır.

Mütəxəssislər üzün qeyd olunan hissəsində şişlik yarnarsa, isti kompresdən istifadə etməyi tövsiyyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.