Maraqlı

Nikol Şerzingerin formada qalma sirri - FOTO

15 Avqust 2018 22:49
1 Şərh     Baxış: 2 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

40 yaşlı ulduz Nikol Şerzinger Sardiniyaya istirahətə yollanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni istirahətdə çəkdirdiyi cazibədar fotolarını İnstaqram səhifəsində paylaşıb. 

Qara bikini ilə poz verən "Pussycat Dolls" qrupunun keçmiş solisti ideal bədən quruluşu ilə hər kəsi heyran edib. İzləyiciləri ona bu cür bədən quruluşuna necə sahib olması ilə bağlı suallar ünvanlayıb. 

Nikol qaçmağı sevdiyini, nə qədər yorğun olsa da, gəzintiyə çıxdığını bildirib. Ulduz həftədə iki dəfə məşqçisinin yanına getdiyini söyləyib:

"2 dəqiqə qaçış xalçasına çıxıram. 2 dəqiqə trenajorla məşğul oluram. 12 dəfə "jim" edirəm. Daha sonra isə məşqçinin verdiyi hərəkətlərə başlayıram. İsti yoqanı sevirəm. Pəhrizə gəldikdə isə xüsusi bir siyahım yoxdur. Səhərlər yumurtadan istifadə edirəm. Bəzən onu sıyıqla əvəzləyirəm. Şam yeməyim isə düyü, ət və tərəvəzlərdən ibarətdir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.