Maraqlı

Heç vaxt öz qonşularını görməyən qəsəbə sakinləri

16 Avqust 2018 23:40
0 Şərh     Baxış: 2 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu qəsəbənin sakinləri hələ indiyə kimi yaşadıqları evi, uşaq meydançalarını görməyiblər. Əslində 1950-ci illərdə bu ərazidə utopiya şəhər salmaq istəyirdilər. Plana görə bu şəhərdə fiziki qüsurlu insanlar yaşayıb, işləyəcəklər. Lakin alınmadı. Bu qəsəbə kimi balaca bir məkana çevrildi. Hazırda burada 120 gözdən əlil yaşayır.

Rusinova qəsəbəsinin digər yaşayış yerlərindən fərqləndirən əsas əlamət hər tərəfdə uzanan dəmir məftillərdir. Fiziki qüsurlu insanların onlardan yapışaraq hərəkət etməsi üçün quraşdırılıb.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, qəsəbədə iş saatı səhər saat 7-də başlayır. İşin başlamağına yarımsaat qalmış küçə kölgə kimi korlarla dolur. Adətən cüt şəkildə hərəkət edirlər, çünki belə daha təhlükəsizdir. Zavodun içində daha o dəmir məftillərdən yoxdur, onun əvəzində rezin döşəklər döşənib. 

Amma Lyudiminanın heç bu döşəklərə də ehtiyacı yoxdur. O artıq 30 ildir ki, bu zavodda işləyir. İşinə qətiyyən ara vermir. O sürətlə pipetkaları keçirib onları mayonez dolu vedrələrə tərəf ötürür. O zavoddan 10  min rubl maaş alır. Lyudmilanın gözlərində problem uşaq vaxtlarından başlayıb. Görməsini isə tamamilə birinci övladını dünyaya gətirəndə itirib. O bunun səbəbini  həkimlərin onu xəbərdar etməməsində görür. İki övladı var. Oğlu onun kimi gözdən əlildir, amma qızı yaxşı görür. Öz əlliliyi barədə belə danışır:"Ümumiyyətlə öz işimizi özümüz görməyə çalışırıq. Yeməkləri hazırlayıram, tərəvəzləri qoxusu ilə ayırd edirəm. Hətta supa tökəcəyim suyu belə səsi ilə müəyyənləşdirirəm. Corabları cütləyib qoyuram ki, fərqli rənglər geyinməyək. Paltarlarımı özüm seçib alıram. Bütün qadınlar gözüyumulu öz füqurasına yaraşanı seçib geyinə bilər". 

Цех сÐ"епых и сÐ"абовидящих на базе ООО Боровское предприятие РУСиНовоПак на уÐ"ице Русинова в ЕрмоÐ"ино.

Hazırda bu qəsəbədə bu zavodu gözdən əllilər üçün bağlamırlar, çünki müasir texnologiya onların bu işini asanlıqla edəcəyi halda onlar korlara iş verirlər. Hazırda bu qəsəbənin gözdən əlil deputatı da var. O korların vəziyyəti ilə maraqlanır və bunu dövlətə çatdırır. 

Amma bu qəsəbədə ən təsirli hal isə etibar və vəfanın mövcudluğudur. Lidiya artıq 30 ildir ki, evli olduğu gözdən əlil həyat yoldaşına qulluq edir. Sergey iflic olub. Ona baxıcı tutacaq vəziyyətdə olmayan Lidiya bundan qətiyyən bezmir. Sergey isə artıq çarpayıya məhkumdur. O axırıncı dəfə küçədə 6 il öncə olub. 

Лидия Панова мечтает о медицинской кровати дÐ"я параÐ"изованного мужа

Belə ailə Rusonovada yeganə deyil. 80 yaşlı Viktor artıq illərdi yıxılıb belini qıran həyat yoldaşına qulluq edir. Viktor və həyat yoldaşı uşaq vaxtlarında kor olublar. Lakin bu Viktorun müəllim olmasına mane olmayıb. Həyat yoldaşının xəstəliyi və bir neçə il öncə oğlunu itirməsinə baxmayaraq Viktor ruhdan düşməyib. O yenə həyat eşqi ilə çırpınır və 7 yaşına qədər gördüyü yaşıl çölləri və meyvələri təsvir edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.