Maraqlı

Bu səbəblər dünya nüvə müharibəsini BAŞLADA BİLƏR - Amerika nəşri AÇIQLADI

15 Avqust 2018 21:20
0 Şərh     Baxış: 2 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya, ABŞ və ya Çin tamamilə təsadüfən dünya nüvə müharibəsinə başlaya bilər.

Milli.Az xəbər verir ki, bu haqda "National Interest" Amerika jurnalı yazıb.

Nəşr qeyd edir ki, dünya dövlətlərinin əvvəlki müşahidə və kəşfiyyat sistemləri yalnız nüvə ballistik raketlərinin işə salınmasının izlənilməsi üçün tətbiq edilirdi. İndiki halda isə bu sistemlər həmçinin qeyri-nüvə döyüş başlıqlarının işə salınmasının izlənilməsi üçün istifadə olunmağa başlanılıb.

Nəşrin yazdığına görə, beləliklə, bu sistemlər təsadüfən nüvə və qeyri-nüvə silahından istifadəni səhv sala, nəticədə digər tərəfdən müvafiq zərbənin vurulmasına gətirib çıxara bilər.

Bundan başqa, adıçəkilən ölkələr eyni yerlərdə nüvə və qeyri-nüvə silahlarını yerləşdirərək öz rəqiblərini xüsusi olaraq çaşdırırlar. Məsələn, "National Interest" yazır ki, Rusiya nüvə döyüş başlıqlı ballistik raketləri daşıyan sualtı gəmilərini adi silahlarla təchiz edilən sualtı qayıqlar eyni yerdə yerləşir.

Həmçinin qeyd edilir ki, nüvə müharibəsinin başlanmasının daha bir səbəbi ixtisaslaşdırılmış hərbi müşahidə peyklərinin çatışmazlığı ola bilər.

"National Interest" hesab edir ki, problemin həlli üçün ölkələr nüvə və qeyri-nüvə silahlarını bir-birindən ayıra biləcək xüsusi peyklər və ya müşahidə sistemlərini yaratmalıdır. Məsələn, bu sistem və peyklər yalnız nüvə döyüş başlıqlarını izləyə biləcəklər, amma adi silahlara reaksiya verməyəcəklər.

"Ancaq bu ölkələr çətin ki, buna böyük maliyyə xərclərinə görə gedəcəklər", - nəşr yekunlaşdırıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.