Maraqlı

"Sizdən adam olmaz!" - İnstagram-da qalmaqal - FOTO

15 Avqust 2018 11:36
3 Şərh     Baxış: 5 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənə qarşı niyə belə aqressiv mövqe tutduğunuzu anlamıram. Axı, sizə nə etmişəm?! Niyə yalan, böhtan yazır, məni təhqir etməyə çalışırsınız?!

Britaniyada populyar TOWIE realiti-şousunun sabiq ulduzu, model Loren Qucer İnstagram profilində onu tənqid edənlərə cavab verib.

Milli.Az The Sun-a istinadən bildirir ki, 31 yaşlı model dəfələrlə plastik cərrahiyyə əməliyyatlarına məruz qalıb. O, dodaqlarının, sinəsinin, yambızlarının ölçülərini böyüdüb, iki qabırğasını çıxartdıraraq incəbelli olub.

Lakin bütün bunlara rəğmən, Loren Qucer inadla "məndə təbii gözəllikdir" deyir və plastik cərrahiyyə aludəçisi olmadığını israrla vurğulayır.

Onun sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da sərt tənqid olunmasının əsas səbəbi budur.

Model isə qəzəblidir: "Sizdən adam olmaz! İstədiyiniz qədər tənqid edin! Sizə fikir vermirəm!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.