Maraqlı

Sarıkökü bu ədviyyatla birlikdə istifadə edin

14 Avqust 2018 23:25
0 Şərh     Baxış: 2 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sarıkök ən faydalı ədviyyatlardan biridir. Hal hazırda bütün dünyada sarıkökə olan diqqət daha da artıb.

Bunun səbəbi sarıkökün tərkibində olan "kurkumin" adlı maddənin güclü xərçəng əleyhinə təsiridir.

İrlandiya alimləri sübut ediblər ki, kurkumin xərçəng şişinin inkişafını 50% ləngidir və həmçinin xərçəng hüceyrələrini öldürür.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bir çox alimlər sarıkökü hətta kimyəvi terapiya zamanı istifadə olunan preparatlardan daha effektli hesab edir. Məhz bu səbəbdən müxtəlif ölkələrin alimləri kurkumin əsasında xərçəng əleyhinə preparatların hazırlanması üzərində çalışır.

Sarıkökün bir çox digər faydalı xüsusiyyətləri də var:

- immun sistemini möhkəmləndirir

- orqanizmdə mikrob və virusları öldürür

- iltihabları azaldır

- soyuqdəymə və qripp xəstəlikləri zamanı sağalmanı tezləşdirir, fəsadların qarşısını alır

- xolesterinin səviyyəsini tənzimləməyə kömək edir və bununla da ürək və damar xəstəliklərinin riskini azldır

- üz dərisini cavan və hamar edir.

Yaponiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, sarıkök qara istiotla birkilikdə daha yaxşı mənimsənilir və onun orqanizmə olan müalicəvi və o cümlədən xərçəng əleyhinə təsiri bir neçə dəfə  artır.

Bu səbəbdən alimlər suplar, ət və tərəvəz yeməklərə həm sarıkök, həm də istiotu əlavə etməyi tövsiyə edirlər. Bunu hazır olana yaxın edin ki, ədviyyatların müalicəvi xüsusiyyətləri azalmasın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.