Maraqlı

WhatsApp-da daha bir yenilik

16 Avqust 2018 08:41
0 Şərh     Baxış: 4 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencerində istifadəçilərin yazışmasında "ent-to-end" şifrləmə texnologiyasından imtina ediləcək. Faktiki olaraq messencerin sahibi olan "Facebook" şirkəti "WhatsApp"ı bu texnologiyadan imtina etməyə məcbur edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Facebook" şirkətinin təsisçisi olan Mark Zukerberq, öz növbəsində, deyib  ki, amerika hökuməti sosial şəbəkələrə qarşı belə tələb irəli sürüb.
 
"End-to-end" şifrləmə texnologiyasından imtina o deməkdir ki, xüsusi xidmət orqanları istifadəçilərin şəxsi mesajlarına maneəsiz müdaxilə edə biləcək. Bu, terror aktlarının qarşısını almağa imkan verəcək.
 
Proqramın yenilənmiş versiyası 2019-cu ildə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.