Maraqlı

"Parker Solar Probe" zondu Günəş atmosferini öyrənəcək

16 Avqust 2018 08:01
0 Şərh     Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Kosmik Agentliyi (NASA) Günəş atmosferinin tədqiqi üzrə missiya üçün "Parker Solar Probe" kosmik zondunu ikinci cəhddə Kanaveral kosmodromundan buraxılışını həyata keçirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, zondun buraxılışı əvvəlcə iyulun 31-nə planlaşdırılsa da, çoxlu texniki problemlərə görə bir neçə dəfə təxirə salınıb. Avqustun 11-də aparatın buraxılışı üçün ilk cəhd edilib, lakin starta 2 dəqiqə qalmış helium təzyiq cihazlarının işinin pozulması haqqında xəbərdarlıq işə düşüb. Bazar günü raketin uğurlu buraxılışı həyata keçirilib.
 
"Parker Solar Probe" kosmik zondu Günəşin kənar haləsinin öyrənilməsi üçün nəzərdə tutulub. Aparatın Günəşə 6,1 milyon km məsafədə yaxınlaşacağı planlaşdırılır. "NASA" mütəxəssislərinin sözlərinə görə, zond Günəş haləsinin Selsi üzrə 2 milyon dərəcə təşkil edən temperaturuna dözümlü olacaq.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.