Maraqlı

İldırım vursa da, sağ qaldılar - bəxtəvərlərin FOTOları

14 Avqust 2018 12:24
4 Şərh     Baxış: 2 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il dünyanın müxtəlif yerlərində insanları ildırım vurur. İldırım vurması ehtimalı hər 300 min nəfərə 1 nəfərdir.

Milli.Az bildirir ki, ildırım vurmuş insanın vücudunda tatuajı xatırladan "naxışlar" qalır və onlar "Lixtenberq fiquru" kimi tanınır.

İldırım vuran zaman ətrafdakı temperatur +27760 dərəcəyədək qızır. Bu isə Günəşdəki temperaturdan 5 dəfə çox olmaqla yanaşı, həmin məkanda qısa müddətli olsa da, 1 milyard voltluq elektroenerjinin yaranması deməkdir.

Belə enerji insanı, sadəcə külə döndərə bilər.

İnsanı ildırım vuranda orqanizmdə ürəyi, ağciyərləri ilə əsəb sistemini idarə edən həfif elektrik siqnallarında qapanma baş verir. Bu, ürəkdayanmasına, qıcolmaya, kəllə-beyin travmasına, onurğa beyninin zədələnməsinə və ya amneziyaya səbəb ola bilər. Üstəlik, ildırım vuran insanın kor qalma ehtimalı da az deyil.

Fəqət, ildırım vurandan sonra sağ qalanlar da var.

Onların fotolarını təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.