Maraqlı

Alzheimerə qarşı genetik həll tapıldı

14 Avqust 2018 08:15
0 Şərh     Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xüsusilə yaşlanan insanların ən çox qorxduğu xəstəliklərdən biri olan Alzheimer xəstəliyi nəhayət tarixə düşə bilər. Elm adamlarının qəti bir həll tapa bilmədiyi Alzheimer xəstəliyinə nəhayət bir həll tapılmış ola bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Alzheimerə səbəb olan gen ilk dəfə təsirsiz hala salındı.

Mütəxəssislər, Alzheimer xəstəliyini dayandıra biləcək bir dərmanın yaradıla biləcəyini söylədi.

ABŞ-ın Kaliforniya ştatında Qladstouns İnstitutunun alimləri Alzheimerə səbəb olan genin ilk dəfə təsirsiz hala gətirildiyini, bunun xəstəliklə əlaqədar böyük bir inkişaf olduğunu bildirdi.

Mütəxəssislər, apoE4 adlı genin meydana gəlməsinə təsir edən bir zülalı yoxlayaraq bu genin insanın neyron hüceyrələrinə zərər verməsinin qarşısını almağı bacardı.

Araşdırmanı aparan mütəxəssislər, beləcə Alzheimer xəstəliyini dayandıra biləcək bir dərmanın yaradıla biləcəyini söylədi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.