Maraqlı

Zephyr dronu 26 gün havada qalıb

14 Avqust 2018 08:11
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Airbus" şirkətinin "Zephyr" pilotsuz uçan aparatı havada 25 gün, 23 saat və 57 dəqiqə qalaraq uçuş müddətinə görə yeni dünya rekordu müəyyənləşdirib. Bu barədə şirkətin saytında deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, iyulun 11-də Arizonadan havaya qalxan "Zephyr" aparatlarından gələcəkdə hərbi kəşfiyyat və atmosferin tədqiqi üçün istifadə planlaşdırılır. Bundan başqa, pilotsuz uçan aparat təbii fəlakətlərə məruz qalmış ucqar ərazilər və ya yerlər üçün internet və peyk rabitəsi paylaya biləcək.
 
Məlumata görə, çəkisi 75 kiloqram təşkil edən "Zephyr" dronunun yükqaldırma qabiliyyəti 375 kiloqrama bərabərdir. Qanadlarının uzunluğu 25 metr olan pilotsuz uçuş aparatı günəş batareyaları ilə işləyir. Aparat 21 km hündürlükdə uçuşlar yerinə yetirə bilir.
 
Qeyd edək ki, pilotsuz uçan aparatlar arasında uçuş müddətinin əvvəlki rekorduna "Zephyr" aparat prototipi imza atıb - günəş batareyaları ilə işləyən iki elektromotorlu dron havada 2 həftə qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.