Maraqlı

"Tükənmişəm, yorulmuşam, bir az dincəlim..." - Gündəmdən uzaqlaşan aktrisa

12 Avqust 2018 15:56
0 Şərh     Baxış: 1 631

Bir müddətdir gündəmdən uzaqlaşan Öykü Çelik şəhər gəzintisi zamanı görüntülənib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, dostları ilə restoranda oturan aktrisa jurnalistləri görüb onların yanına gəlib. 

Son vaxtlar heç bir ekran işində rol almayan Öykü bununla bağlı sualları cavablandırıb. O, "İki il əvvəl qərar verdim ki, bir müddət layihələrdən uzaq qalım. Bütün aktyorlarda tükənmişlik sindromu olur. Mən də artıq dayanım və dincəlim dedim" sözlərini işlədib. 

Can Kıraçla 9 aydır sevgili olan Çelik toy olub-olmayacağı ilə bağlı suallara "Evlilik asan deyil. Hələ belə planımız yoxdur" cavabını verib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.