Maraqlı

Aliment borcuna görə Həccə yollana bilmədi…

12 Avqust 2018 12:37
4 Şərh     Baxış: 2 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tatarıstan vətəndaşı keçmiş ailəsi ilə bağlı aliment borclarına görə Həcc ziyarətinə yollanmaq imkanından məhrum olub.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Tatar-inform" agentliyi xəbər yayıb. Məlumata görə, adı çəkilməyən tatar müsəlmanlardan biri həftənin əvvəlində Həcc səfəri üçün evindən çıxıb yola düşsə də, sərhəd xidməti tərəfindən saxlanılıb. Buna səbəb onun ödəmədiyi aliment borcları olub.

Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsində informasiyanı təsdiqləyiblər. "Bu, qanunauyğun bir haldır. Biz həmişə hər kəsə deyirik ki, hər bir müsəlman məsuliyyətli insan olmalıdır. Rusiya Federasiyasının sərhədinə gəlməmişdən öncə kredit, aliment və s. borclarını ödəyib-ödəmədiyini düşünməlidir... Belə problemlərlə Tatarıstanda hər il rastlaşırıq", - deyə Tatarıstan müftisinin müavini Rüstəm həzrət Valiullin bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.