Maraqlı

Pele 40 illik evini satdı - FOTO

12 Avqust 2018 05:30
0 Şərh     Baxış: 1 519

Braziliyalı əfsanəvi futbolçu Pele 40 illik evini satıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Pele 1979-cu ildə 156 min dollara aldığı evi 2.85 milyon dollara satıb.

Pelenin evi Nyu-York şəhərində idi. Hamptonsdakı 40 illik evini yaxşı qiymətə satan futbolçu yaxşı gəlir əldə edib.
77 yaşlı futbolçunun evinin yüksək tavanı, ofisi, oyun meydançası, böyük mətbəxi və kino salonu da var. 6 yataq otağı olan evi Pele 5 ay əvvəl satışa çıxarmışdı.

ABŞ mətbuatı evin 3 milyona satışa çıxarıldığını yazıb. Amma müştəri tapılmadığı üçün Pele endirim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.