Maraqlı

Kloun-qatil 42 il həbs cəzası aldı

12 Avqust 2018 07:22
0 Şərh     Baxış: 2 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kolorado ştatında kloun-qatil 42 il həbs cəzasına məhkum edilib.

Milli.Az xəbər verir ki, bu haqda "Denver 7" telekanalı bildirib.

Telekanalın məlumatına görə, Kristian Qulzou Denver şəhərində restoran qarşısında 2017-ci ilin mayında 29 yaşlı kişini öldürmüşdü. Bu hadisə ictimaiyyətin diqqətini cəlb etdi.

Diqqətçəkən məqam ondan ibarət idi ki, polis sənədlərinə əsasən, onda ağ-qara kloun makiyajı var idi. Qatil həmçinin "Vyazov küçəsində dəhşət" (1984) filmindəki manyak qatil Freddi Kryugerin caynaqlarına oxşar təxminən beş santimetr uzunluqdakı ülgüclərin olduğu əlcək daşıyırdı.

Telekanal bildirir ki, günahkarın alacağı maksimal cəza 48 il idi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.