Maraqlı

Sosial şəbəkədə “like” sayini necə artirmali? – 7 HİYLƏ

11 Avqust 2018 19:35
1 Şərh     Baxış: 851

Sosial şəbəkədə tanınmaq o qədər də çətin məsələ deyil. Bunu kiçik hiylələrlə də əldə etmək olar.

Milli.Az gencaile.az-a istinadən həmin hiylələri oxucuları ilə bölüşəcək.

1. Yaxşı bir sosial media izləyicisi olun

Başqalarının paylaşımlarını tez-tez bəyənmək sizin paylaşımlarınızdakı bəyənmələrin sayını artıracaq.

2. Haşteq istifadə edin

Sosial mediada məşhur olmağın qızıl qaydalarından biri də Haşteqdən istifadədir. Bunu etməklə paylaşımlarınızın daha geniş auditoriyaya yayılmasını təmin edə bilərsiniz. Amma əsas olan mövzu ilə bağlı Haşteq tapmaqdır. Uzun və mənasız Haşteqlər yerinə daha sadə Haşteqlərə üstünlük vermək önəmlidir. Məsələn, #yeniilxoşgəlir yerinə, #yeniil #2017 yaza bilərsiniz.

3. Saat məsələsinə diqqət edin

Yanlış zamanda edilən paylaşımlar "like" sayına təsir edən əsas detallardan biridir. Məsələn, gecə saatlarında edilən paylaşımlar az like gətirir. Çünki insanlar həmin vaxtda yuxuda olur.

4. Şəkilə aydınlıq gətirən temalardan istifadə edin

Paylaşdığınız fotoların temasına fikir vermək lazımdır. Çünki "Like" sayına təsir edən əsas amillərdən biri temadır. Paylaşacağınız fotolarda tünd temalar əvəzinə fotonuza aydınlıq gətirən temalardan istifadə edin.

5. Ard-arda fotolar paylaşmayın

Ard-arda birdən çox foto paylaşmaq bəyənmə sayına təsir edən əsas amillərdən biridir. Paylaşım etdikdən sonra bir müddət gözləməkdə fayda var.

6. Arxa plana diqqət edin

Şəkildə arxa plan əsas ünsürlərdən biridir. Doğru arxa plan şəklin bəyənmə sayına təsir edir.

7. Təbii olun

Sünilikdən uzaq, təbii çəkilən fotolar daha orijinal və diqqət çəkən olur. Bunu şəkillərinizdə tədbiq etdiyiniz zaman bəyənilərin də sayının artacağına özünüz şahid olacaqsınız.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tovuzlu E · 11 Avqust 19:4210

    Neynirem Facebooku Siz milli.azda like sayini artirmaq ucun hansi hiyleden istifade elemek lazimdi onu yazin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.