Maraqlı

Yazıçı Mark Tvendən 13 səmimi sitat

11 Avqust 2018 22:25
16 Şərh     Baxış: 2 418

Əsl adı Samuel Clemens olan Mark Tven 1835-1910-cu illərdə yaşamış Amerika ədəbiyyatının ən tanınmış yazıçılarından biridir. 17 yaşına qədər qəzetdə işləmiş və daha sonralar ani bir qərarla gəmidə işləməyə başlamışdır.

Milli.Az moneta.az-a istinadən bildirir ki, 1861-ci ildəki ABŞ vətəndaş müharibəsinə qatılmış, sonra da qızıl axtaranlara qoşulub qənimət arxasınca getmiş Mark Tven macəra dolu bir həyata sahib idi.

"Tom Soyerin macəraları" , "Haklberri Finin sərgüzəştləri", "Missisipidə keçən həyat" kimi əsərlərin sahibi Mark Tven təcrübə dolu həyatı boyunca dediyi 13 sitata göz ataq.

1) "Yaxşı dostlar, yaxşı kitablar, hüzurlu bir vicdan: bax ideal həyat budur".

2) "Xəyallarınızı lağa qoyanlardan uzaq durun! Daxili dünyası kiçik olan insanlar başqalarını da daraltmaq və kiçiltmək istəyərlər".

3) "Bəzi insanlar o işin imkansız olduğunu bilmədikləri üçün bacardılar".

4) "Kədər öz-özünə keçər; amma xoşbəxtliyin tam zövqünü çıxartmaq üçün onu paylaşacağınız bir nəfərin olması lazımdır".

5) "Həyat qısadır. Qaydaları yıx. Bağışla. Qəhqəhə ilə gül. Səni gülümsədən şeylərdən əsla peşman olma".

6) "Heç kim baxmırmış kimi rəqs et, heç inciməmiş kimi sev, heç kimsə eşitmirmiş kimi mahnı oxu, dünya cənnətmiş kimi yaşa".

7) "Həmişə doğrunu denən, nə dediyini xatırlamaq məcburiyyətində qalmarsan".

8) "Həyat necədir, bilirsiniz? Üçdə biri gözəl keçən vaxtlar, geri qalanı da o gözəl vaxtları xatırlamaqdır".

9) "Heç bir vaxt məktəbin təhsil almağımın qarşısını almasına imkan vermədim".

10) "Hər günə həyatının ən gözəl günü olması üçün şans ver".

11) "Cəsarət qorxunun yoxluğu deyil, qorxuya dirənmək və qorxuya hökm etməkdir".

12) "Ətrafında çox insanın olması önəmli deyil, ətrafında az insan olsun kifayətdir".

13) "Yaxşı kitablar oxumayan bir nəfər ilə oxuma-yazma bilməyən biri arasında heç bir fərq yoxdur".

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Davıdoff. · 11 Avqust 22:3230

    Uşaqlıq illerimin en yadda qalan ve sevimli kitablarının müellifi: Mark Tven. Men de onun bir sitatını deyim: Her bir şeherde axmaqların sayı ağıllıların sayından çoxdur.

    Cavab yaz
  • Anonim
    ..... · 11 Avqust 22:3440

    Mark Tven en sevdiyim yazici usaqligimin en gozel xatiresi.

    Cavab yaz
  • Anonim
    Davıdoff. · 11 Avqust 22:3410

    Mark Tven: Anam mene hamile olanda "Zavallı Hansın ehvalatları", emim arvadı ise emim oğluna hamile olanda " Quldur

    Cavab yaz
  • Anonim
    Samire · 11 Avqust 22:4130

    Güven bir ruh kimidir,terk etdiyi bedene heç vaxt geri dönmez. {M Tven}

    Cavab yaz
    • Anonim
      # · 12 Avqust 00:1300

      Şekspirin sözüdür M.Tvenin deyil

      Cavab yaz
      • Anonim
        Samire · 12 Avqust 13:2100

        Men bu fikiri oxuyanda müellifi Mark Tven kimi yazilmişdi.Ola bilsin ki, cümlenin müellifi sehv düşübdü..Burada qeyri adi abartilacaq bir şey yoxdu.

        Cavab yaz
  • Anonim
    Davıdoff. · 11 Avqust 22:4330

    Mark Tven: Anam mene hamile olanda "Zavallı Hansın hekayeleri" ni, emim arvadı emim oğluna hamile olanda ise "Quldur Yorkin ehvalatları" kitablarını oxuyurmuşlar. Biz böyüdük, men yazıçi oldum, emim oğlu ise Bankir.

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 11 Avqust 22:4600

    Mark Tveni milli.azda tanidim, iki eserini oxudum... 7 ye emel etmeye calisiram

    Cavab yaz
    • Anonim
      Platin · 12 Avqust 00:4720

      Məncə bu insana əvvəlcədən yazılmış program kimidir. Məsələn mən əməl etməməyə çalışıram, alınmır.

      Cavab yaz
      • Anonim
        Tovuzlu E · 12 Avqust 09:4100

        Mende de alinmaz Gorduyum qederile heyat onu teleb edir ama:(

        Cavab yaz
  • Anonim
    Davıdoff. · 11 Avqust 22:4710

    Burdakı oxuculardan, heç Mark Tvenin "Milyon funt sterlinqlik bank bileti" kitabını oxuyan olub? Menim uşaqlıq vaxtlarımın sevimli kitablarından biri. Bizde, evde var. 1961 ilde çap olunub.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Avqust 22:5711

    Men de 10-cuya emel etmeye calisiram

    Cavab yaz
  • Anonim
    Davıdoff. · 11 Avqust 23:1310

    "Nyuarkda meni nece doladılar" Mark Tvenin kiçik bir hekayesidir. Uzun illerden sonra oxudum, güldüm... gözlerim yaşarana qeder güldüm.

    Cavab yaz
    • Anonim
      YES · 12 Avqust 02:4400

      Bu hekayeni hardan tapib oxuya bilerem?

      Cavab yaz
  • Anonim
    Paro · 11 Avqust 23:3900

    7-ci /Yalancinin yaddawi olmaz/ atalar sozu xatirlatdi.

    Cavab yaz
  • Anonim
    orxideya · 12 Avqust 07:0730

    Mark Tvenin ən ən lap ən çox sevdiyim kəlami- Kədər özü öz çarəsinə baxa bilər. Ancaq xoşbəxtliyin dəyərini anlamaq üçün onu paylaşacaq birilərinə ehtiyac var.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.