Maraqlı

Pul, yoxsa sevdiyin iş?!

11 Avqust 2018 21:25
0 Şərh     Baxış: 873

Çinlilərin belə bir atalar sözü var: 1 saat xoşbəxt olmaq istəyirsənsə get yat, 1 gün xoşbəxt olmaq istəyirsənsə sahildə balıq tut, 1 ay xoşbəxt olmaq istəyirsənsə tətilə çıx, 1 il xoşbəxt olmaq istəyirsənsə evlən, ömür boyu xoşbəxt olmaq istəyirsənsə sevdiyin işlə məşğul ol.

Milli.Az moneta.az-a istinadən bildirir ki, günümüzün əksər hissəsini iş yerində keçiririk. Ən yaxşı halda bu, günün 8 saatı ola biləcəyi halda, əksər vaxt isə bu, günün yarısına bərabər olur. Ətrafımız, məşğuliyyətimiz və işimiz xarakterimizin formalaşmasına və əhvalımızın yaxşı və pis olmasına birbaşa təsir göstərir. Adətən işdə baş verən hər hansı pozitiv vəya neqativ hadisə şəxsi həyatımıza da siraət edir və adətən bunun təsir dairəsindən qurtula bilmirik.

İnsan hər hansı sevdiyi işlə məşğul olarkən günü xoş keçər və bu pozitivlik onda xarakter halına gələr. Amma, hər hansı sevmədiyimiz işlə məşğul olarkən günümüz gərgin keçər və bu gərginlik həyatımıza öz neqativ təsirini göstərər.

Təsəvvür edin, məktəb illərində hər hansı sevmədiyimiz dərs saatı gələrkən canımız çox sıxılar, vaxtın bitməsini səbirsizliklə gözləyərdik. Bu, sevdiyimiz dərs olduğu zaman isə vaxtın hardan gəlib keçdiyini bilməzdik. Bu, iş həyatında da belədir. Ona görə də, çinlilərin atalar sözü bu mövzunu məncə tam əhatə edir: ömür boyu xoşbəxt olmaq istəyirsənsə sevdiyin işlə məşğul ol.

Ya sevdiyiniz işlə məşğul olun, ya da məşğul olduğunuz işi sevin. Sevgi mütləqdir. Sevgisiz edilən iş özünüzə işgəncədən başqa bir şey deyildir. Ona görə də, məşğuliyyətinizi seçərkən xarakterinizə və xəyallarınıza uyğun olmasını unutmayın.

"İş seçərkən sevdiyiniz bir işi seçin, bu zaman həyatınızda bir gün belə olsa işləməyəcəksiniz" - Konfutsi

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.