Maraqlı

Türkiyədə pulsuz plastik torba dövrü başa çatır

11 Avqust 2018 22:55
3 Şərh     Baxış: 1 736

Qonşu ölkədə oktyabr ayının sonundan etibarən plastik torbalar pullu olacaq. Bununla bütün alış-verişlərdə pulsuz plastik torba dövrü başa çatacaq.

Milli.Az facemark.az-a istinadən bildirir ki, plastik torbalar ilə bağlı qiyməti isə ölkənin Ətraf Mühit və Şəhərsalma üzrə Nazirliyi təyin edəcək. Yeni dəyişikliyə nəzarəti isə yerli bələdiyyələr və nazirliyin əməkdaşları edəcək.

Ətraf Mühit və Şəhərsalma üzrə Nazirliyi Avropa İttifaqının qanunvericiliyinə uyğun çalışmalar çərçivəsində Qablaşdırma Tullantılarının İdarə Edilməsi haqqında Əsasnaməni ötən ilin dekabrında rəsmi qəzetdə yayımlamışdı.

Ekspertlərin qiymətləndirməsinə görə, bir ədəd plastik torbanın təbiətdə məhv olması yüz illəri alır. Yeni dəyişikliyin qəbul edilməsi ətraf mühitə pozitiv fayda verəcək. Analtiklər fikirləşir ki, yeni qaydalar supermarketlər daxil olmaqla, çox sayda iş yerlərini plastik torba yükündən xilas edəcək.

Qiymətləndirmələrə görə, 2019-cu il dekabrın 31-ə qədər 15-50 mikron (bir metrənin milyonda biri, millimetrin mində biri -red.) arası qalınlıqda olan plastik torbaların ölkə miqyasında illik adam başına istifadəsi 90%-i keçməyəcək, 2021-ci il dekabrın 31-də isə adam başına istifadənin 40%-i aşmayacağı gözlənilir.

Qeyd edək ki, qonşu ölkədə plastik torbaların pullu olması ilə bağlı danışıqlar hələ ötən ildən mövcuddur. Danışıqların nəticəsi olaraq qəbul edilmişdir ki, plastik torbaların pullu olması 2018-ci ilin yanvarın 1-dən tətbiq ediləcək. Amma dəyişiklik daha bir il uzadılmış 2019-cu ilin yanvarın 1-ə təyin edilmişdi. Amma görünən odur ki, yeni dəyişiklik üçün növbəti ilin gəlməsinə ehtiyac qalmayıb.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Il · 11 Avqust 23:2830

    Hele 4 il bunnan once Ukraynada bu vardi. Orda marketlerde pulla alinirdi paketler. Ilk gorduyumde cox teecublenmishdim. Orda cox alici oz dukan sumkalariyla gedirdi alish verishe. Yeginli bizdede edecekler bunu. Hele gecikmishik. Hara baxirsan salafan torbalardi. Bir az kulek olan kimide toparlanir bloklarin agzina.

    Cavab yaz
  • Anonim
    . · 12 Avqust 06:1500

    hele de oyrene bilmediniz......

    Cavab yaz
  • Anonim
    detektiv · 12 Avqust 13:3000

    Pullu etmek lazimdir, ozu de baha. Zehmet cekib alishverishe oz cantalarimizla gederik. Tebiete dehshet ziyan etdik, hele atdiqimiz plastik torba ve butilkalarin ziyanini cox goreceyik. Hansi delinin aqlina gelmishdi plastikden istifade? Qoy indi cavab versin. Yadimdadir anamgil qendi, duyunu, ceki ile satilan erzaqi kaqiz kulyoklarda alardilar, tor zenbilde ve yaxud da parca cantalarda qoyub getirerdiler eve. Indi ise insanliqi mehv edirler, butun xestelikler paketlerden, yediyimiz bilinmeyen erzaqlardandir. Yaziq ushaqlarin halina, bundan sonra onlari ne gozleyir?!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.