Maraqlı

“Burger King”dən sonra, “Starbucks” da bu yeniliyi edir

11 Avqust 2018 19:55
0 Şərh     Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kofe restoranları şəbəkəsi yaxın zamanlarda ödənişləri kriptovalyuta ilə qəbul etməyə başlayacaq.

Milli.Az facemark.az-a istinadən bildirir ki, BK Capital Management investisiya şirkətinin rəhbəri Brayn Kelli CNBC-yə deyib ki, kriptovalyutanın alışı, saxlanılması, virtual pulun satışı, həmçinin mal və xidmətlərin həcmi, ümumilikdə "Starbucks"da bu yeniliyi tətbiq etmək üçün "Bakkt" platforması yaradılır.

Platformanın yaradılmasında "Microsoft və "Intercontinental Exchange" maliyyə birləşməsinin də daxil olduğu bir sıra şirkətlər məşğul olub. Platforma rəqəmli aktivlərin hərəkəti üçün yaradılmış qlobal tənzimləmə ekosistemi olan "Microsoft Cloud"un bazasında yaradılacaq. Platforma amerika dollarını avtomatik olaraq kriptovalyutaya dəyişəcək.

Bundan başqa, "Bakkt" platformasında rəqəmsal valyutanı saxlamaq mümkün olacaq, bu isə icazə verəcək ki, dünyanın istənilən nöqtəsində yaşayan müştərilər platforma üzərindən xərcləmələr həyata keçirə bilsinlər. Platforma cari ilin noyabr ayında istifadəyə veriləcəyi nəzərdə tutulub. Amma onun kofe restoranları şəbəkəsinə nə vaxt qoşulacağı isə hələ ki məlum deyil.

Qeyd edək ki, "Burger King"də də ödənişləri virtual pulla ödəmək əlçatandır. Bunun üçün isə kompaniya "Waves" blokçeyn-platforması daxilində öz kriptovalyutasını buraxıb. Adıçəkilən kriptovalyuta ən çox satılan burger şəbəkəsinin şərəfinə vopperkoin adlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.