Maraqlı

3D-skanerə malik "ağıllı" güzgü insanın üçölçülü modelini yaradır

10 Avqust 2018 23:30
0 Şərh     Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Naked Labs" şirkəti 3D-skanerə malik "ağıllı" güzgünün satışına başlayıb. Qurğu insanın bədənini skan edir, onun üçölçülü modelini yaradır və bütün dəyişikliklər haqqında ətraflı məlumat verir.

Qurğunun iş prinsipi olduqca sadədir. İstifadəçi güzgünün qarşısında yerləşdirilmiş tərəzi-platformanın üzərində dayanmalıdır. Platforma öz oxu ətrafında fırlanaraq bədənin kütləsi haqqında informasiyanı qeydə alır, bu zaman güzgü bədəni hər tərəfdən skan edir. Bütün proses 15 saniyə davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "ağıllı" güzgü əldə olunmuş informasiyanı smartfona yüklənmiş xüsusi proqrama göndərir. Nəticədə istifadəçi ekranda öz bədəninin üçölçülü modelini görür. Güzgüdən yalnız fiziki forma və çəkiyə nəzarət üçün deyil, həm də online geyim seçimi üçün istifadə etmək olar.

Qurğunun çəkisi 13,5 kiloqram, çərçivənin hündürlüyü 1,5 metrdir. Arxa panel plastik kütlədən, yan hissələr isə alüminiumdan hazırlanıb. Üç "RealSense 410" kamerası ilə təchiz edilmiş "ağıllı" güzgünün qiyməti 1395 ABŞ dollarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.