Maraqlı

Roma imperatorlarına qarşı sui-qəsdlə bağlı qəribə hipotez irəli sürülüb

10 Avqust 2018 23:01
1 Şərh     Baxış: 1 006

Qədim Romada imperatorlar tez-tez ölüm təhlükəsi ilə qarşılaşıblar. İmperiyanın son 500 ilində 82 imperatorun 20 faizinə sui-qəsd təşkil olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tarixçi alimlərin tədqiqatları zamanı bu sui-qəsdlərin əsas səbəbinin quraqlıq olduğu hipotezi irəli sürülüb. Kanadanın Ontario Universitetinin professoru Kornelius Kristian bu qəribə sindromu belə izah edib: "Yağışların az olduğu quraqlıq şəraitində Roma əsgərlərini ərzaqla təchiz edən yerli fermerlər onları ac qoyurdu. Bu vəziyyətdə legionerlər arasında qiyam əhval-ruhiyyəsi güclənirdi. Yaranmış şəraitdən istifadə edən ordu rəhbərliyi isə imperatora qarşı sui-qəsd hazırlayırdı".

Professor Kristian bu versiyanı əsaslandırmaq üçün Fransa və Almaniya ərazisindən tapılan daşlaşmış ağac qurularını laboratoriya şəraitində analiz edərək son 2500 ildə hər bahar fəslində millimetrə nə qədər yağış yağdığını müəyyənləşdirməyə çalışıb. Bu ərazilər qədim Roma əsgərlərinin ən böyük dislokasiya məkanı olub. Beləliklə, kanadalı alim əsgərlərin qiyamı və imperatorlara sui-qəsdlərin tarixlərini tutuşdurub. Məlum olub ki, əksər hallarda quraqlıqla sui-qəsdlərin tarixləri üst-üstə düşür. Kornelius Kristian deyib: "Eramızın 69-cu ilində imperator Avl Vitelliy imperiya ərazisində quraqlıq və aclıq olduğu zaman öz əsgərləri tərəfindən sui-qəsdə məruz qalıb. Maraqlıdır ki, hökmdarların qətlə yetirilməsi tam əks səbəblərdən də baş verib. Məsələn, eramızın 192-ci ilində Avreliy Kommoda qarşı sui-qəsdin səbəbi legionerlərin çoxlu yeməkdən harınlayıb imperatora qarşı çıxmaları olub".

Yel Universitetinin professoru Cozef Manninq tədqiqatları şərh edərkən bildirib ki, alimlər hava şəraitinin qədim cəmiyyətlərə təsirini üzə çıxarıblar. Belə ki, onun rəhbərlik etdiyi tədqiqat qrupu "Nature" jurnalında dərc etdirdiyi elmi məqalədə vulkan püskürməsinin qədim Misirdə Ptolomeylər sülaləsini necə məhv etdiyini əsaslandırıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    PRiNS · 10 Avqust 23:44163

    PERSiANUM ORACLUM (Farsın leneti).. İranın paytaxtı Ktesifona hücum eden heç bir Roma imperatoru Romaya sağ qayıtmamışdı. Romalılar bunu Ktesifonun leneti de adlandırırdılar. 1.Lutsi Krass e.e.53-de meğlub edilib öldürüldü. 2. Mark Antoni e.e. 36-ci ilde meğlub olub Misire getdi ve tezlikle orada öldû. 3. Mark Avreli ve Antonin Pius 165-de İranda namelum xesteliye yoluxub öldüler. 4. Trayan geri qayıdarken 117-de Selinde öldü. 5. Karakalla İranda uğursuz olunca 216-da öldürûldû. 6. Makrinus meğlub olub ağįr tezminat verdiyine göre sui-qesdde öldü. 7. III Qordian 244-de farslarla döyûşde meğlub edilib öldürüldû. 8. Valerian 260-da esir edildi. 9. Imperator Karı 283-cû il 10 avqust gecesinde döyûşde ildırîrım vurdu. 10. Numerian da o gece.. 11. Konstantin yürûşde yolda öldû. 12. Yulian 363-de meğlub edilib öldürüldü. 13. Jovian 363-de farslara teslim olduğu üçün òldürüldü. 14. Valent geri qayıdarken qotlar terefinden öldürüldü. 15.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.