Maraqlı

7 yaşlı qızı zorlayaraq öldürən şəxsin xahişi RƏDD EDİLDİ

10 Avqust 2018 23:42
5 Şərh     Baxış: 6 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cümə axşamı ABŞ-ın Tennessi ştatının hakimiyyəti 2009-cu ildən bu yana ilk dəfə ölüm cəzasını icra edib.

Milli.Az xəbər verir ki, bu haqda "Tennessean" qəzeti bildirib.

Bildirilir ki, məhkəmə ölüm hökmünü Billi Reya Ayrik barəsində çıxarmışdı. O, 1985-ci ildə yeddiyaşlı qızı zorlayaraq öldürmüşdü. 59 yaşlı Ayrik ölümcül inyeksiya vasitəsi ilə yerli vaxtla 19:48-də edam edilib.

"Mən yalnız onu demək istəyirəm ki, həqiqətən çox təəssüf edirəm. Və bu hər şey deməkdir", - qəzet məhkumun son sözlərini sitat gətirib.

ABŞ Ali Məhkəməsi hökmün icrasından bir neçə saat əvvəl edamın təxirə salınması ilə bağlı Ayrikin xahişini rədd edib.

Nəşrin yazdığına görə, bu, 1916-cı ildən bu yana Tennessi ştatında 133-cü edam idi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.