Maraqlı

Məşhur aktrisa mini geyimi ilə diqqət mərkəzində - FOTO

10 Avqust 2018 14:28
0 Şərh     Baxış: 3 497

Məşhur aktrisa Fəhriye Evcen qısa şortu ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aktrisa depressiyada olduğu deyilən həyat yoldaşı Burak Özçivitlə alış-veriş edərkən görüntülənib. Burak Özçivit son vaxtlarda tükənmişlik sindromu ilə bağlı psixoloq dəstəyi alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Aktyor haqqında gəzən şayiələri təkzib edib. Psixoloji dəstəyə ehtiyac duymadığını ifadə edən Özçivit həyat yoldaşını göstərərək "Həmişə birlikdəyik. Sevdiklərimiz bizə yetir" deyə bildirib.

"Kardeşim benim 2" və "Can Fəda" filmlərində gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyən aktyor "Yenidən film çəkməyi düşünürsünüzmü?" sualına "Davam yenə də davam!" cavabını verib.

Qısa şort geyinən aktrisa isə mədə xərçəngi xəstəliyinə tutulan atasının səhhətindən danışıb: "Proses bir gərgin keçdi. İndi vəziyyəti çox yaxşıdır. Uğurlu əməliyyat keçirdi, indi hər şey yaxşıdır".

Daha sonra Fahriye Evcen övlad sahibi olmaq istədiklərini etiraf edib:

"Vaxtı gələndə mütləq övlad sahibi olacağıq". /publika.az

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.