Maraqlı

Savaş olmayacaq: anlaşdılar - FOTO

10 Avqust 2018 14:15
2 Şərh     Baxış: 4 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin bombardmanlarının səngimədiyi Qəzza bölgəsində Misir və BMT-nin vasitəçiliyi ilə atəşkəs bərqərar olacaq.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Fələstinin Qəzza bölgəsini idarə edən HƏMAS qruplaşması ilə İsrail rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticə verib.

Qəzza Müqavimət Komitəsinin yaydığı bəyanatda bildirilir ki, BMT-nin təmsilçisi Nikolay Mladenovla Misirin XİN-nin vasitəçiliyi ilə aparılmış danışıqlarda HƏMAS-la İsrail qarşılıqlı hücumlara son qoymaqla bağlı razılaşma əldə ediblər.

Qəzza Müqavimət Komitəsinə HƏMAS da daxildir.

HƏMAS İsrailə 150 raket atandan sonra İsrailin Hərbi-Hava Qüvvələri Qəzza Bölgəsində HƏMAS-ın 140 obyektinə raket-bomba zərbələri endirib.

Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bombardmanda 3 nəfər həlak olub, 27 nəfər yaralanıb. Həlak olanlar hamilə qadın, onun 18 aylıq körpəsi və HƏMAS-ın bir mənsubudur.

İsraildə isə HƏMAS raketlərinin partlayışları 7 nəfəri yaralayıb.

HƏMAS-ın atdığı 150 raketin 30-nu İsrailin "İron Dome" hava hücumundan müdafiə sistemi havada partladıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.