Maraqlı

İri hərbi təyyarə ön şassi açılmadan eniş edib - VİDEO

10 Avqust 2018 23:33
0 Şərh     Baxış: 2 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Hərbi Hava Qüvvələrinin "Lockheed C-5 Galaxy" tipli ən iri nəqliyyat təyyarəsi ön şassisi açılmadan San-Antonio (Texas ştatı) aviabazasına qəza enişi edib.

Milli.Az report.az-a istinadən bildirir ki, hava gəmisi burnu üstə yerə dəyərək zədələnə biləcəyi bir halda, "C-5"in pilotu öz ustalığını ortaya qoyaraq çoxtonluq təyyarəni burnunu yerə vurmadan uçuş-eniş zolağında saxlaya bilib.

Bu, təyyarəni ciddi zədələnmədən yayındırmağa imkan verib.

"The Drive" nəşrinin məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Hadisənin dəqiq hansı tarixdə baş verdiyi məlum deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İri hərbi təyyarə ön şassi açılmadan eniş edib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.