Maraqlı

Zəif eşidən körpə ilk dəfə anasının səsini duydu - VİDEO - FOTO

10 Avqust 2018 12:57
3 Şərh     Baxış: 3 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balaca Aleksdə adangəlmə olaraq eşitmə qabiliyyəti çox zəifdir. O, dünyaya göz açandan bəri anasının səsini eşitməyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Liverpul şəhərinin sakini Cen Denman övladı Aleksin eşitmə problemini həll etmək üçün həkimlərə üz tutub.

Müayinə zamanı bəlli olub ki, Aleksdə eşitmə qabiliyyətinin sensonevral itkisi var.

"Alder Hey Hospital"da müayinələrdən sonra balaca Aleksin qulaqlarına kohlear implantatlar yerləşdirilib.

5 aylıq Aleks həyatında ilk dəfə olaraq anası Cenin səsini eşidib.

Bu ecazkar anların əks olunduğu videoya Facebook-da 830 min dəfədən artıq baxılıb..

İTV telekanalındakı "This Morning" proqramının qonağı olan Cen Denmanın dediyinə görə, balaca Aleks indi sosial şəbəkələrin ulduzudur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Zəif eşidən körpə ilk dəfə anasının səsini duydu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.