Maraqlı

İnstagram-da məşhurluğun qurbanı oldu - FOTO

10 Avqust 2018 11:44
0 Şərh     Baxış: 1 707

"İnstagram-da mümkün qədər çox, mümkün qədər sürətlə məşhurlaşmaq, populyarlaşmaq istəyirdim. Nə biləydim ki, başıma bu işlər gələcək".

ABŞ-ın Atlanta şəhərinin sakini, model Canel Batler şöhrətpərəstlik qurbanıdır.

Milli.Az CBS46 News Atlanta-ya istinadən bildirir ki, üç övlad anası olan qadın vücud ölçülərini dəyişmək, xüsusilə də yambızlarının ölçülərini artırmaq üçün indiyədək 7 plastik cərrahiyyə əməliyyatına məruz qalıb.

Onun bədənində çoxsaylı silikon implantatlar var.

Belə implantatların ikisi onun yambızlarına qoyulmuşdu. Lakin yambızlardakı silikon hidrogelləri dağılıb, fəsadlar yaradıb və bu, əzələlərdə nekroza səbəb olub.

Canel Batler təcili əməliyyat olunub. İndi onun baldırlarında yumruq boyda, dərin çapıqlar var.

Son vaxtlaradək İnstagram profilində şəstlə vücudunu tərifləyən, yarıçılpaq fotolarını paylaşan Canel indi silikon implantatlara və plastik cərrahiyyə əməliyyatlarına aludəçiliyə qarşı təbliğatla məşğuldur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.