Maraqlı

Burka və niqab qalmaqalı: dinlə zarafat etmək olarmı? - VIDEO - FOTO

10 Avqust 2018 10:28
21 Şərh     Baxış: 5 724

"Dinlə bağlı zarafatlara görə ömürlük gəlir əldə edən biri kimi bəyan edirəm ki, Boris Consonun zarafatı yetərincə yaxşı, mənalı və gülməlidir. Həqiqətən də, çadralı və niqablı müsəlman qadınları poçt qutularına oxşayırlar"

Dünyanın ən məşşur komiklərindən biri, 63 yaşlı Rouen Atkinson Britaniyanın sabiq XİN başçısı Boris Consonu müdafiə edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 54 yaşlı Aleksandr Boris de Pfeffel-Consonun liderlərindən biri olduğu Britaniya Mühafizəkarlar Partiyası isə sabiq nazirin naqolay "zarafat"ı ilə bağlı araşdırmalara başlayıb. Partiya bu açıqlamanı islamofob məzmunlu, yolverilməz hesab edir. Partiya B.Consondan üzr istəməyi tələb edib.

Boris Conson üzr istəməyəcəyini söyləyib.

"Blackadder" və "Mr. Bean" obrazları ilə məşhur olan R.Atkinsonsa hesab edir ki, Boris Conson üzrxahlıq etməməlidir.

"Ümumiyyətlə, dinlə bağlı bütün zarafatlar kimlərdəsə inciklik doğurur. Buna görə də belə zarafatlara görə üzrxahlıq etməyə dəyməz. Dini qaydalar və yasaqlar insanları yaradıcılıq azadlığının qarşısını alır. Boris Conson pis, mənasız zarafat etsəydi, hə, üzr istəməliydi", - Atkinson deyib.

Dünən onlarla britaniyalı müsəlman Londonun qərbindəki Hillinqdon səmtində, Boris Consonun evinin qarşısında etiraz aksiyası keçiriblər. Analoji aksiya Hillinqdondakı Mühafizəkarlar Assosiasiyasının ofisinin qarşısında da olub.

Aksiya iştirakçıları "İslamofobiyaya yox deyirik", "Rədd olsun irqçilik və islamofobiya!", "Mənim geyimim mənim seçimimdir!" şüarları yazılmış plakatlar tutmuşdular.

Qalmaqalın səbəbi Boris Consonun The Daily Telegraph qəzetində dərc olunmuş köşə yazısıdır.

Yazısında Conson Danimarkanın hakimiyyət dairələrini ictimai yerlərdə burka və niqabın yasaqlanmasına görə tənqil edib.

"Ənənəvi müsəlman geyiminə görə cərimələrin tətbiq olunması gərəksiz, radikalların xeyrinə olan qərardır. Bununla yanaşı, burka və niqab insan azadlığına təzyiq vasitəsidir. İnsanların küçədə poçt qutusu və ya bank qarətçisini xatırladan formada dolaşması axmaqlıqdır. Hesab edirəm ki, dövlət qurumlarında və özəl şirkətlərdə belə geyimlər yasaqlanmalıdır", - B.Conson yazmışdı.

Britaniya müsəlmanlarının liderlərindən biri, Oksford Müsəlman İcmasının (Oxford Islamic Congregation) sədri imam Tac Harqi də B.Consonu dəstəkləyib.

"Həqiqəti dediyinə görə Boris Conson üzr istəməli deyil. Burka və niqab Quranda buyurulmayıb. Qadınların belə geyimdə gəzmələrini tələb etmək İslamın şərtlərini pozmaqla yanaşı, insan hüquqlarının tapdalanmasıdır. Burka və niqab məsələsindən İslamla pərdələnən ekstremistlər, radikallar yararlanırlar. Bu səbəbdən də Fransa, Belçika, Avstriya, Bolqarıstan və Danimarkada olan burka ilə niqab yasağı Britaniyada da tətbiq olunmalıdır", - Tac Harqi söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Burka və niqab qalmaqalı: dinlə zarafat etmək olarmı?

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Ləlişka · 10 Avqust 10:47511

    Budapeştdə bir tələbə yoldaşım var idi, Levi adında. həmişə dini zarafatlar edirdi. bir gün Sudandan olan bir qız qayıtdı ki, bəs Allahla çox zarafat edirsən, qorxmursan? Levi də cavabında dedi ki, bəlkə Allah özü də mənim zarafatlarıma gülür))))

    Cavab yaz
    • Anonim
      ... · 10 Avqust 11:0366

      Qeyrimüsəlmandan ((kafirdən))İslam haqqında bundan artıq nə gözləmək olar..

      Cavab yaz
      • Anonim
        Aydlndl · 10 Avqust 11:16103

        11.03 qeyri muselman demek kafir demek deyil ay gerideqalmiw duwunce.

        Cavab yaz
    • Anonim
      lotushkaya · 10 Avqust 11:0757

      Kul ikinizinde tepesine.budapeshtde yeqin size bunu orgedibler.terbiyesizliyin bilinir.

      Cavab yaz
      • Anonim
        Ləlişka · 10 Avqust 11:3273

        bax, sən indi mənə tərbiyəsiz dedin və sizin təbirlə desək, haqqıma girdin. o dünyada iki əlimdə yaxanda olacaq. indi qaç canını məndə qurtar ;))

        Cavab yaz
        • Anonim
          Aydlndl · 10 Avqust 12:0713

          11.32 avam milletdi fikir verme

          Cavab yaz
        • Anonim
          Mahhir · 10 Avqust 12:5425

          Lekiska get angir yayivi tap.

          Cavab yaz
  • Anonim
    tt · 10 Avqust 11:2390

    eslinde insanların dini ve diger vacib hissleri zarafat movzusu olmamalıdır. İnsanlar ucun heyatda hansısa toxunulmaz muqeddes seyler var. Bunlarsız heyatın menasida iter insanlıqda geder. İ ki qaldı hicaba herkesin oz secimi olmalıdır. Cun ki her kes ozu cavab verecek o dunyada etdiklerine gore. Birdeki xristyanlardada rahibeler var demek olar eyni hicab geyinirler. Onda onlarada ictimai yerde bele geyinmek qadagan edilsin. Bu ayriseckilik ve irqcilikdi

    Cavab yaz
  • Anonim
    asi · 10 Avqust 12:0073

    Məsələn şəkildəki qadınların hamısı kişi kimi oturub..4-cü şəkildəki əl isə, tam bir kişi əlidir..Bunlarda qadın tipi yoxdur.Həmin əlin başını açıb üzünü görməyincə onun qadın olduğuna qətiyyən inanmaram..Bu səbəbdən də xaricdə burka niqab qadağalarını normal qarşılamaq lazımdı və bu qadağa bizdə də tətbiq olunmalıdı..Cinayətkarlar, quldurlar, terroristlər, narkotika daşıyanlar hamısı girəcək niqabın içinə, polis də niqablıdı, buna toxunmaq olmaz, qadındır, deyib fikir verməyəcək..

    Cavab yaz
    • Anonim
      du er ikke alene · 10 Avqust 12:5201

      tam raziyam

      Cavab yaz
    • Anonim
      PRiNS · 11 Avqust 18:0720

      Poçt qutusunu tehqir etdiyine göre bütün poçtalyonlardan üzr istemelidir!!!

      Cavab yaz
  • Anonim
    Cassious · 10 Avqust 12:0350

    Bu geyim formaları islam dininden qabaqda olub. Ereblerin milli geyim formasıdır. Quranda qadınların hansı formada geyinmələri üçün forma yoxdur. Yalnız qadınlara namehrem yanında örtünmək barede əmr verilib. Hica, Niqab kimi geyim formaları isə İslama inteqrasiya edib ve ya etdirilib. bir növ nece ki, bizde adet enene dine qarışıb ora da da, həmin menzeredir. Atrixe nezer salsanız görərsiniz ki, İslamdan önce de, qadınlar Erebistanda hemin cur geyinibler.

    Cavab yaz
  • Anonim
    mmm · 10 Avqust 12:5455

    muselman olsam da, niqab ve burkanin eleyhineyem. seherde de bezen burka ve nigam geyinenleri gorende mene qeribe gelir... nese xosuma gelmir ozumden asli deyil

    Cavab yaz
  • Anonim
    LADY- L · 10 Avqust 13:4185

    Poct qutulari eee ozde ))))))))))) Coxdandi bele gulmemishdim ))))))))) Duz soze ne deyesen ))))))))

    Cavab yaz
  • Anonim
    Qumru · 10 Avqust 14:1731

    Hicabdan bawqasini desteklemirem. Hicab da day eyninde dar walvar ombasinin cizgileri bilinib bawi bagli yox. Normal formada,walvar geyinsine amma ustunu de ortsun. Qalan hamisi daha da diqqet celb edir menim ucun. Hicabliya fikir vermirem,amma qarwimda qap qara geyinen uzu bagli ancaq gozleri gorunen birini gorende ister istemez diqqetimi celb edir.

    Cavab yaz
  • Anonim
    MOMIN · 10 Avqust 16:2746

    boris conson eyer muselman qadinlar poct qutusuna benzeyirlerse yari cilpaq qadinlarda yonulmus toyiqa benzeyirler elbette men benzedirem basqalarini bilmirem.QURANI KERIM zinet yerlerinizi ortun deyir cadra iile otulmek peygember qadinlarina farz buyrulub.

    Cavab yaz
    • Anonim
      Cassious · 10 Avqust 17:1480

      Hormetli Momin. Ortunmekle burunmek arasinda cox ciddi ferq var. Yuxarida qeyd etdiyim kommenti oxumusuzsa yeniden bu şərhi yazmağınız yersizdir. Bunlar örtünməyib bürünüb. bürünməkdə Ərəbistana xas olan bir şeydir. İsti hava , qum fırtınası və s, Adicə indi kulekli havadır çölə çıxırsan toz bütün bədəninə dolur insanın. O ki, qaldı səhrada külək olsun. Bütün bu geyimlər hamsının dinlə yaxından uzaqdan əlaqəsi yoxdur. Örtünmək deyendə bu geyim forması nəzərdə tutulmayıb. Normal, dar olmayan uzun paltar geyinməklə və başı normal qaydada, bağlamaqla zinət yerlərini bağlamaq olar.

      Cavab yaz
      • Anonim
        orxideya · 10 Avqust 18:0324

        Din həyat tərzidir, ilahi bir şey deyil.

        Cavab yaz
  • Anonim
    Serdar · 10 Avqust 16:5501

    ...tam təbii .....heyvanalar görəsən paltar geyinir?

    Cavab yaz
  • Anonim
    moderatora(!) · 11 Avqust 13:0000

    6-ci abzas 2-ci cumle. AGRIM icine!!! "uzrxahliq" yox, "uzurxahliq" yazilmalidir. Dindar.

    Cavab yaz
    • Anonim
      jtky · 11 Avqust 13:0500

      "uzurxahliq", yox "üzrxahlıq" olmalıdır. düz yazılıb.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.