Maraqlı

İdeal səhər içkisi təyin olunub. Çay və qəhvə deyil!

9 Avqust 2018 22:05
1 Şərh     Baxış: 2 138

Səhər içdiyimiz çay və qəhvə orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir.

Lakin alimlərin fikrinə görə, ideal səhər içkisi nə qara çay, nə də qəhvədir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə bu zəncəfilli çaydır.

Zəncəfilli çay təbii energetik içki hesab etmək olar. Onun orqanizmə olan tonuslaşdırıcı təsiri qara çay və qəhvədən daha uzunmüddətlidir.

Həmçinin zəncəfilli çay qan dövranını və mübadilə proseslərini sürətləndirir, immun sistemini gücləndirir, orqanizmə iltihab və mikrob əleyhinə təsir edir.

Digər faydalı səhər içkisi kasnıdan hazırlanan və dadı qəhvəyə bənzəyən içkidir. Lakin qəhvədən fərqli olaraq onun tərkibində kofein yoxdur. B qrupu vitaminləri ilə zəngin olan kasnı sinir sistemini möhkəmləndirir.

3-cü yerdə bal və limon əlavə olunmuş adi ilıq sudur. 

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Süleyman · 9 Avqust 22:2710

    Sən adam dilini bilmirsənmi, kasnı nədir? Harada bir mənasız söz eşidirsən, o dəqiqə tutuquşu kimi təkrarlayırsan.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.